Azərbaycan Milli Kitabxanasında “Oftalmoloq alim, akademik Zərifə xanım Əliyeva – 100” adlı elektron məlumat bazası onlayn rejimdə istifadəçilərə təqdim olunub.

Kitabxanadan bildirilib ki, elektron məlumat bazası “Ana səhifə”, “Rəsmi sənədlər”, “Bioqrafiyası”,”Həyat və fəaliyyətinin əsas tarixləri”, “Ana”, “Görkəmli şəxslər Zərifə Əliyeva haqqında”, “Əsərləri”, “Haqqında”, “Zərifə xanım Əliyeva dünya kitabxanalarında”, “Z.Əliyeva surəti bədii ədəbiyyatda”, “Xatirəsinin əbədiləşdirilməsi”, “Fotoqalereya”, “Videoqalereya” bölmələrindən ibarətdir. Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər http://anl.az/el/emb/ZE/index.html linkindən istifadə edə bilərlər.