Teatr Xadimləri İttifaqında bədii qiraət müsabiqəsi

 

Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə 3-5 may tarixlərində müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Sən elə bir zirvəsən...” adlı bədii qiraət müsabiqəsi keçiriləcək.

Müsabiqənin məqsədi dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə hər zaman fəxr etmiş milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyevə həsr edilmiş ədəbi-bədii nümunələri təbliğ etmək, habelə milli mədəniyyət məkanında baş verən yaradıcılıq proseslərini fəallaşdırmaq, bədii qiraətə olan marağı artırmaq və yeni yaradıcılıq axtarışlarına şərait yaratmaqdır.

Azərbaycan Teatr Xadimləri İttifaqının böyük zalında gerçəkləşəcək müsabiqənin qalibləri mükafatlandırılacaq.