F.Köçərli adına Respublika Uşaq Kitabxanasında “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” adlı tədbir keçirilib. Əliağa Vahid adına Masazır kənd 1 nömrəli tam orta məktəbin şagirdlərinin iştirak etdiyi tədbir Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunub.

Tədbiri giriş sözü ilə açan kitabxananın elmi işlər üzrə direktor müavini şagirdlərə Ulu öndərin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışıb. Qeyd olunub ki, “Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır”, – söyləyən Heydər Əliyev ömrünü bütövlükdə doğma Azərbaycanımızın çiçəklənməsinə həsr edib.

Tədbirdə məktəblilərin ifasında Ümummilli liderə və vətənpərvərlik mövzusuna həsr olunmuş şeirləri səsləndirilib.

Sonda şagirdlər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarxı izləyiblər.