Rəhman Oruclu: «Sənəd hazırlanarkən Rusiya, Türkiyə və Avropanın qabaqcıl ölkələrinin təcrübəsindən istifadə olunub»
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən «Mehmanxanalar və digər yerləşdirmə obyektlərinin təsnifatı» standartlarının yeni variantı hazırlanır.
Nazirliyin Tədqiqat işləri, statistika və lisenziyalaşdırma sektorunun müdiri Rəhman Oruclunun qəzetimizə verdiyi məlumata görə, mehmanxanalar və mehmanxana tipli obyektlər üçün hazırda qüvvədə olan standartlar 2006-cı ildə qəbul olunub: «Ötən dövr ərzində Azərbaycanda mehmanxana infrastrukturunun genişləndirilməsi, yeni-yeni hotellərin, dünya brendlərinin Azərbaycan bazarına daxil olması ilə əlaqədar olaraq hesab etdik ki, yeni standartların hazırlanmasına ehtiyac var. Artıq sənədin ilkin variantı hazırlanaraq Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə təqdim olunub. Amma sənədin üzərində hələ iş davam edəcək. Bunun üçün özəl sektorun nümayəndələrinin də təkliflərini qəbul edirik. Eyni zamanda da Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mütəxəssislərinin rəyləri nəzərə alınacaq. Standartların son variantı ictimaiyyətin müzakirəsinə veriləcək. Ən sonda bütün rəylər nəzərə alındıqdan sonra sənəd bu komitə tərəfindən təsdiqlənəcək».
Sektor müdiri bildirdi ki, yeni standartların hazırlanması zamanı Rusiya, Türkiyə və Avropanın qabaqcıl ölkələrinin təcrübəsindən istifadə olunub, eyni zamanda Azərbaycanda istifadə olunan hazırkı standartların ən mütərəqqi maddələri saxlanılıb: «Xarici ölkələrin standartlarından istifadə olunmaqla yanaşı, sənəd Azərbaycan şəraitinə uyğunlaşdırılaraq hazırlanıb».