Oktyabrın 12-də Bakıda «Atout France» turizm agentliyinin Rusiya nümayəndəliyinin təşkilatçılığı ilə Azərbaycanda fəaliyyət göstərən turizm şirkətləri üçün Fransa kurortlarının təqdimatı keçiriləcək. Tədbirdə Fransada fəaliyyət göstərən turizm şirkətləri, hotellər, istirahət zonaları və dağ-xizək kurortlarının nümayəndələri geniş təqdimatla çıxış edərək öz təkliflərini nümayiş etdirəcək. Qeyd edək ki, «Atout France» Fransanın aparıcı turizm şirkətləri ilə MDB ölkələri və Ukraynada fəaliyyət göstərən turizm şirkətləri arasında işçi görüşlərini təşkil edərək onlar arasında əlaqə yaradır.

  Fəxriyyə