Gəncə Dövlət Dram Teatrı 16-26 may tarixlərində Türkiyənin Trabzon şəhərində keçirilən 23-cü Qara dəniz Beynəlxalq Teatr Festivalında iştirak edir.

Gəncəli teatr təmsilçiləri festivala E.İoneskonun “Kral ölür” tamaşasını aparıblar.

Festivala Türkiyənin Ankara, İstanbul, İzmir, Ərzurum şəhərlərindən, eləcə də İtaliya, Norveç, Bolqarıstan və Qazaxıstandan teatrlar qatılıb.

Xatırladaq ki, yeni səhnə işinin quruluşçu rejissoru Tural Mustafayev, quruluşçu rəssamı Mustafa Mustafayevdir. Rolları Əməkdar artistlər Elxan Abbasov, İlham Hüseynov, Sevda Orucova, Kəmalə Məmmədova, aktrisa Günay Cabbarova və aktyor Ruslan Hüseynov ifa edirlər.