Ümummilli lider Heydər Əliyevin 100, Azərbaycan peşəkar milli teatrının yaranmasının 150 illiyinə həsr edilmiş silsilə tədbirlər çərçivəsində regionlara təşkil olunan qastrol səfərlərinə Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı da qoşulub. Yaradıcı kollektiv Şəki Dövlət Dram Teatrının qonağı olacaq.

Rus Dram Teatrı mayın 29-da şəkili teatrsevərlərə “Mən, sən, o və telefon”, mayın 30-da isə “Sehrli karusel” tamaşalarını nümayiş etdirəcək.