VI “Azərbaycanım” Respublika Uşaq Rəsm Festivalı çərçivəsində elan olunan müsabiqənin yekun sərgisi mayın 27-də açılacaq.

Xatırladaq ki, müsabiqə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC, Xətai Rayon İcra Hakimiyyəti, Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib.

“Heydər Əliyev İli”nə həsr olunmuş müsabiqəyə şəhər və rayonların 500-dən çox məktəb və ya yaradıcılıq müəssisindən 2500-ə qədər uşaq, yeniyetmə və gənc əl işlərini təqdim edib. Onlardan müvafiq yaş qrupları üzrə ümumilikdə 800-ü sərgilənmək üçün seçilib. Sərgi Xətai Rayon İcra Hakimiyyətinin binası qarşısında təşkil ediləcək.