“Azərbaycan Hava Yolları” şirkəti (AZAL) Bakı-Dubay-Bakı birbaşa sərnişin aviareyslərinə xüsusi güzəştli tarif tətbiq edib. «SW Travel» turizm şirkətindən verilən məlumata görə, AZAL-ın Bakı-Dubay-Bakı istiqamətində həyata keçirilən uçuşlarında, «gediş-dönüş» 130 avro olmaqla yeni “ekonom klass” tarifləri tətbiq olunur. Bu tarif yalnız aviaşirkətin J2 015/016 reyslərinə, ilkin uçuş nöqtəsi Bakı olduqda şamil olunur. Aksiya üzrə yerlərin sayı məhdudlaşdırıla bilər. Qeyd edək ki, bu qiymətə yığım və rüsumlar daxil deyil.

  Fəxriyyə