Qapar Aytiyev adına Qırğızıstan Milli İncəsənət Muzeyində azərbaycanlı rəssam və heykəltəraş Teymur Rüstəmovun fərdi yaradıcılıq sərgisi açılıb. 23 may – 6 iyun tarixlərini əhatə edən sərgidə yeni əl işləri nümayiş etdirilir.
Xatırladaq ki, bu sərgi Teymur Rüstəmovun Qırğızıstan Milli İncəsənət Muzeyində təşkil olunmuş ikinci sərgisidir. Birinci sərgi ötən ilin 2022-ci ilin 16 aprel – 1 may tarixlərində keçirilmişdi.
Teymur Rüstəmov Bakıdakı Xocalı faciəsini təcəssüm etdirən məşhur “Ana harayı” abidəsi, Heydər Əliyevin büstü (Milli Aviasiya Akademiyası), Mirməmməd Cavadzadənin qəbirüstü abidəsi (Fəxri xiyaban), həmçinin, Goranboydakı “Xocalı faciəsi” abidəsi və Həştərxandakı (Rusiya) Müslüm Maqomayevin büstünün (atası Aslan Rüstəmov və qardaşı Mahmud Rüstəmovla birlikdə) müəllifidir.
T.Rüstəmov 2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.