Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Xalq artisti Cənnət Səlimovanın quruluşunda F.M.Dostoyevskinin eyniadlı povestinin motivləri əsasında hazırlanan “Utancaq qız” monotamaşası iyunun 1-də “ONLiFE iDEA Fest” rəqəmsal festivalında nümayiş etdiriləcək. Tamaşanı Əməkdar artist Şövqi Hüseynov təqdim edəcək.

Rəqəmsal festivalda Azərbaycan, Gürcüstan, Moldova, Özbəkistan, Rusiya, eləcə də Kiprdən olan aktyorların iştirakı ilə ümumilikdə 7 tamaşa göstəriləcək. Formatın xüsusiyyətlərindən biri odur ki, dəvət olunmuş teatr tənqidçiləri ilə tamaşa başa çatandan sonra müzakirələr aparılır. Tamaşaçılar rejissora sual vermək, həm də xüsusi yaradılan onlayn-çatda tamaşa barədə təəssüratlarını bölüşmək imkanına malikdirlər.

Festival tamaşalarının yayımı bu linkdə: https://onlifeideafest.com/