15-26 oktyabr tarixlərində Malayziya Texniki Əməkdaşlıq Proqramının maliyyə dəstəyi və İslam Turizm Mərkəzinin təşkilatçılığı ilə Kuala Lumpur şəhərində «Müsəlman turistlərin səyahətlərini və İslam turizm məkanlarını necə təbliğ və inkişaf etdirmək» mövzusunda tədris kursu təşkil olunub.
   Tədbirdə Azərbaycan da daxil olmaqla, 13 müsəlman ölkəsinin nümayəndəsi iştirak edib. Kurs zamanı «İslam turizmi» anlayışının açıqlanması, inkişafı, idarə olunması və təbliğatı kimi mövzular barəsində İslam dini, dövlət qulluğu, pedaqoji və özəl sahələrdə fəaliyyət göstərən mütəxəssislərin mühazirələri dinlənilib. Kursda ölkəmizdən Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Turizmin marketinqi və təbliğatı sektorunun məsləhətçisi Azər Orucov iştirak edib.
   
   Fəxriyyə Abdullayeva