Azərbaycan Turizm Bürosunun İsrailin Təl-Əviv şəhərindəki nümayəndəliyinin ofisində “Azərbaycan İsrail fotoqraflarının gözü ilə” adlı fotosərginin açılışı olub.

Sərgidə Azərbaycana səyahət edən İsrail fotoqraflarının əsərləri nümayiş olunub. Tanınmış fotoqraf Viktor Zislinin də iştirak etdiyi səfər zamanı çəkilmiş fotolardan 20-si sərgidə yer alıb. Onlar Bakı və Azərbaycanın digər regionlarının mənzərələrini, təbiətini, tarixi və müasir memarlıq abidələrini əks etdirir.

Viktor Zislin və digər fotoqraflar öz çıxışlarında şəkillərin çəkildiyi məkanlar haqqında məlumat verərək təəssüratlarını bölüşüblər.

Qeyd edək ki, “Azərbaycan İsrail fotoqraflarının gözü ilə” adlı fotosərgi iyunun 29-dək Azərbaycan Turizm Bürosunun Təl-Əviv şəhərində, Herbert Samuel 10 ünvanında yerləşən nümayəndəlik ofisində ictimaiyyətin ziyarətinə açıq olacaq.