Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyunun 8-də Soçiyə işgüzar səfəri çərçivəsində Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinlə görüşüb. Görüşdə iki ölkənin qarşılıqlı münasibətlərinin Azərbaycan və Rusiya prezidentlərinin səyləri ilə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi məmnunluqla vurğulanıb.

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iyunun sonunda Moskvada keçirilməsi planlaşdırılan növbəti iclasının əhəmiyyəti qeyd edilib.

Hökumət başçıları Azərbaycan-Rusiya ticarət-iqtisadi əməkdaşlığının aktual məsələlərini və müxtəlif sahələrdə birgə layihələrin reallaşdırılmasını da nəzərdən keçiriblər.