AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi filologiya elmləri doktoru Lütviyyə Əsgərzadənin "Hüseyn Cavid və Azərbaycan ədəbiyyatşünaslığı" monoqrafiyası çapdan çıxıb.

Ədəbiyyat İnstitutu və Hüseyn Cavidin Ev-Muzeyi elmi şuralarının qərarları ilə çap olunan kitabın elmi redaktoru AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, ön sözün müəllifi filologiya elmləri doktoru, professor Cəlal Qasımov (1959-2021), rəyçisi filologiya elmləri doktoru, professor İslam Qəribli, redaktoru filologiya elmləri doktoru, Hüseyn Cavidin Ev-Muzeyinin direktoru Gülbəniz Babaxanlıdır.

Monoqrafiyada mövzu “Hüseyn Cavid: şəxsiyyəti və sənətkarlığı”, “Hüseyn Cavid: yaradıcılığı və Azərbaycan ədəbi tənqidi”, “Ya müttəfiq, ya ölüm: hücum – ədəbi münaqişələr, ədəbi məhkəmələr”, “Əbədi sənətkar və əbədi sənət” fəsilləri üzrə araşdırılıb.