Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası insan hüquqları üzrə müvəkkilinin (ombudsman) təşəbbüsü ilə mayın 18-dən iyunun 18-dək respublikamızda “İnsan hüquqları aylığı” (#İnsanHüquqlarıAylığı) elan edilib. Bu münasibətlə bölgələrdə müxtəlif tədbirlər keçirilir.

Bərdə rayon Divanlı kənd Uşaq musiqi məktəbində maarifləndirici tədbir keçirilib. İnsan hüquq və azadlıqları, bu sahədə qəbul edilmiş qanunlar, qərarlar və digər normativ aktlar haqqında ətraflı məlumat verilib, ölkəmizdə bu istiqamətdə görülən işlər, həyata keçirilən layihələrdən söz açılıb. Tədbirin sonunda insan hüquqlarına dair videoçarx nümayiş olunub.

Yevlax şəhər Mərkəzi Elektron Kitabxanada “Hüquq və insan haqları” adlı tədbir keçirilib. Bildirilib ki, ölkədə insan hüquqları sahəsində ilk Dövlət Proqramı Prezident Heydər Əliyev tərəfindən təsdiqlənib.

Yevlax şəhər Mədəniyyət Mərkəzi və mərkəzin filialları olan Heydər Əliyev Sarayı və şəhər Yaradıcılıq evinin birgə təşkilatçılığı ilə şəhər Mərkəzi Kitabxanasının Uşaq şöbəsində “İnsan hüquq və аzаdlıqlаrının müdafiəsi dövlətin ali məqsədidir” adlı dəyirmi masa keçirilib. Çıxışlarda insan hüquqları anlayışı, mahiyyəti, beynəlxalq hüquqda yeri, tarixi inkişaf dinamikası, müxtəlif meyarlar üzrə təsnifatı, insan hüquq və azadlıqlarının kataloqu barədə məlumatlar verilib.

Mingəçevir Tarix Muzeyində "İnsan hüquqları və azadlıqlarının müdafiəsi" mövzusunda dəyirmi masa keçirilib. Vurğulanıb ki, Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi insan hüquqları siyasəti artıq milli strategiya kimi formalaşıb, dövlət başçısı tərəfindən təsdiq edilmiş insan hüquqlarına dair Milli Fəaliyyət Planı və Proqramı ilə insan hüquqları sahəsində yeni inkişaf mərhələsinin əsası qoyulub.

***

Yardımlı Rayon İcra Hakimiyyəti, rayon Heydər Əliyev Mərkəzi, Statistika İdarəsi, Lənkəran-Astara Regional Təhsil İdarəsinin Yardımlı rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə "Dövlətin ən ali məqsədi – insan hüquqları" adlı dəyirmi masa keçirilib. Çıxış edənlər Ulu öndər Heydər Əliyevin ölkəmizdə siyasi hakimiyyətə qayıdışı ilə aparılan islahatlar nəticəsində ölüm hökmünün, media üzərində senzuranın ləğvindən, Konstitusiyanın təxminən üçdə bir hissəsinin məhz insan hüquq və azadlıqlarına həsr olunmasından danışıblar.

Cəlilabad rayon Mərkəzi Kitabxanası və Ombudsmanın Cənub Regional Mərkəzinin birgə təşkilatçılığı ilə "İnsan hüquq və azadlıqlarının milli və beynəlxalq səviyyədə müdafiəsi mexanizmləri" mövzusunda tədbir keçirilib. Qeyd olunub ki, Azərbaycan Respublikası Konstitusiyasının qəbulundan sonra ölkədə həyata keçirilən çoxşaxəli islahatlar da insan və vətəndaş hüquq və azadlıqlarının səmərəli təminatına yönəlib.

***

Sabirabad rayon Mədəniyyət Mərkəzi və rayon MKS-nin birgə təşkilatçılığı ilə "İnsan, vətəndaş hüquq və azadlıqları" mövzusunda tədbir keçirilib. İnsan hüquqlarının müdafiəsinin təbliği, həmçinin cəmiyyətdə hüquqi düşüncənin və hüquq mədəniyyətinin inkişafı baxımından tədbirin əhəmiyyətindən danışılıb. Sonda insan hüquqları ilə bağlı videoçarx nümayiş etdirilib.

Şirvan Tarix-Diyarşünaslıq Muzeyində "İnsan hüquqları: azadlıq, bərabərlik, hörmət, ədalət" mövzusunda keçirilən maarifləndirici tədbirdə Azərbaycanda insan hüquq və azadlıqlarının təmin edilməsi, onların müdafiəsi və daha da genişləndirilməsi sahəsində dövlətin rolundan danışılıb.

Şirvan şəhər Uşaq musiqi məktəbi və Şirvan Reabilitasiya Mərkəzinin birgə təşkilatçılığı ilə "Hüquqlarımızı bilək və qoruyaq!" adlı tədbir keçirilib. Məktəbin müəllim və şagirdləri rəngarəng musiqi nömrələri ilə çıxış ediblər.

Şirvan şəhər Mədəniyyət Mərkəzinin Diyarşünaslıq klubu "İnsan hüquqları aylığı" çərçivəsində "Biz erkən nikahlara yox deyirik!" adlı maarifləndirici tədbir təşkil edib. Günümüzün ən aktual, həssas, eləcə də ağrılı məsələlərindən biri olan erkən nikahların cəmiyyətimiz üçün necə ciddi fəsadlara səbəb olmağından bəhs edilib.

Hacıqabul rayon Heydər Əliyev Mərkəzində "Heydər Əliyev və Azərbaycanda insan hüquqları" mövzusunda tədbir keçirilib. Ölkəmizdə insan hüquqlarının müdafiəsi istiqamətində Ümummilli lider Heydər Əliyevin atdığı tarixi addımlar, dövlət proqramları və s. barədə ətraflı məlumat verilib.

***

Gəncə şəhər MKS-nin Mərkəzi Kitabxanasının Uşaq şöbəsi K.D.Uşinski adına 29 nömrəli tam orta məktəbdə “İnsan hüquqları nədir?” başlığı altında tədbir keçirib. Qeyd olunub ki, tarixi inkişaf mərhələlərindən keçən bəşər sivilizasiyasının son nəticədə qazandığı ən böyük nailiyyətlərdən biri insan hüquqlarına hörmət anlayışıdır. İnsan hüquqlarına hörmət cəmiyyətin demokratikliyini sübut edən əsas atributlardan biridir.

Kəlbəcər rayon MKS-nin Aşağı Şurtan kənd kitabxana filialı "İnsan hüquqları aylığı" çərçivəsində Kəlbəcər rayon 28 saylı tam orta məktəbinin VIII sinif şagirdləri ilə “Uşaqları qoruyaq” mövzusunda söhbət aparıb.

Regional idarənin tabeliyindəki digər mədəniyyət müəssislərində də "İnsan hüquqları aylığı" çərçivəsində tədbirlər keçirilib.

***

Ağdaş rayon Mərkəzi Kitabxanasında “İnsan hüquqlarının müdafiəsi dövlətin ali məqsədidir” mövzusunda tədbir keçirilib. Qeyd olunub ki, insan hüquq və azadlıqlarının təmin edilməsi müasir dünyada demokratik inkişafın ayrılmaz hissəsi hesab edilir. İnsan hüquqları ləyaqət, ədalət, bərabərlik, hörmət və müstəqillik kimi ortaq dəyərlərə əsaslanır.

Göyçay Tarix-Diyarşünaslıq Muzeyi və Göyçay şəhər Peşə liseyinin birgə təşkilatçılığı ilə “Hüquqlarımızı bilək!” mövzusunda tədbir keçirilib.

Zərdab rayon MKS-nin Yarməmmədbağı kənd kitabxana filialı və kənd Diyarşünaslıq klubunun birgə təşkilatçılığı ilə kənd tam orta məktəbində "Sən öz hüquqlarını bilirsənmi?" başlıqlı tədbir keçirilib.

Zərdab rayon Həsən bəy Zərdabi Muzeyi və rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “İnsan hüquqları müasir dünyamızda insanları və cəmiyyətləri birləşdirən əsas meyardır” mövzusunda tədbir keçirilib.

Zərdab Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə H.Aslanov adına şəhər 3 saylı tam orta məktəbində maarifləndirici tədbir keçirilib.

***

Şəki şəhər 3 nömrəli Uşaq musiqi məktəbi və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Şəki rayon komitəsinin təşkilatçılığı ilə M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzində “İnsan hüquqları aylığı" münasibətilə konfrans keçirilib.

Qax rayon Heydər Əliyev Mərkəzində "Məişət zorakılığı cəmiyyət və dövlətin ortaq problemidir" adlı tədbir təşkil olunub. Tədbir iştirakçıları məişət zorakılığına həsr olunmuş film izləyiblər.

***

Şəmkir Rayon Tarix-Diyarşünaslıq Muzeyində mədəniyyət işçilərinin iştirakı ilə dəyirmi masa təşkil edilib. “İnsan hüquqları aylığı”nın əhəmiyyəti vurğulanıb, ölkəmizdə bu istiqamətdə həyata keçirilən işlərdən bəhs olunub.

Daşkəsən rayon Heydər Əliyev Mərkəzində "Mənim hüquqlarım" mövzusunda tədbir keçirilib. Məktəblilərin iştirak etdiyi tədbirdə Konstitusiya, sağlamlıq və istirahət hüquqları barədə məlumat verilib. Sonda “Mənim hüquqlarım” mövzusunda hazırlanmış videomaterial nümayiş etdirilib.

***

Ağcabədi rayon Hüsülü kənd Uşaq musiqi məktəbində keçirilən tədbirdə qeyd olunub ki, Ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra ölkədə hüquqi dövlət quruculuğu sahəsində ardıcıl, sistemli və gələcəyə hesablanan islahatlara start verilib.

Ağcabədi rayon MKS-nin Mərkəzi Kitabxanasının əməkdaşları kitabxananın həyətində "18 may – 18 iyun “İnsan hüquqları aylığı”dır" başlıqlı sərgi hazırlayıb, tədbir təşkil ediblər.

***

Neftçala rayon Heydər Əliyev Mərkəzində 1 saylı tam orta məktəbin şagirdlərinin iştirakı ilə “İnsan və vətəndaş hüquqları” adlı maarifləndirici tədbir keçirilib. İnsan hüquqları haqqında məlumat verilib, “Hüquqlarımızı qoruyaq” adlı film nümayiş etdirilib.

Salyan rayon Heydər Əliyev Mərkəzində “Uşaqlara qarşı zorakılığa son deyək!” adlı tədbir təşkil olunub.

Cəbrayıl rayonunun mədəniyyət müəssisələrində "Hüquqlarımız bizi qoruyur" adlı silsilə tədbirlər keçirilib.

Hazırladı: N.Məmmədli