Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə 5 nömrəli Uşaq-gənclər inkişaf mərkəzi tərəfindən Azərbaycan Rəssamlar İttifaqında “Gələcəyə rəngli baxışlar” adlı yaradıcılıq sərgisi açılıb.
Sərginin keçirilməsində məqsəd rəssamlığa olan marağı artırmaq, gənc nəslin istedad və bacarığını inkişaf etdirməkdir.
Sərgidə mərkəzin dərnək üzvlərinin milli və müasir üslubda işlənmiş əsərləri, portretləri, dekorativ kompozisiyalardan ibarət 200-dən çox rəsmi nümayiş olunub.
Xalq rəssamları Arif Hüseynov, Ağaəli İbrahimov, Xalq yazıçısı Çingiz Abdullayev və digər qonaqlar uşaqların əl işlərini yüksək qiymətləndirərək bu cür sərgilərin istedadların üzə çıxarılmasında böyük əhəmiyyət daşıdığını vurğulayıb və onlara yaradıcılıq uğurları arzulayıblar.