İyunun 16-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında daha bir premyera olacaq. İsveç dramaturqu Benqt Alforsun “İllüziya” pyesi əsasında “35 ildən sonra” adlı tamaşa teatrın yeni yaradılmış “ArtStudiya”sında hazırlanıb.

Teatrın mətbuat xidmətindən verilən məlumata görə, tamaşanın quruluşçu rejissoru Müşfiq Əliyev, quruluşçu rəssamı Dmitri Afansyev, musiqi tərtibatçısı Zaur Rəşidovdur. Rolları Əməkdar artist Elnur Bəhramxan, aktyorlar Kərəm Hadızadə və Zümrüd Quliyeva ifa edirlər.

Birhissəli səhnə əsəri uzun illərdən sonra bir-birinə qovuşan ata və qızının münasibətlərinin doğmalığı fonunda ailə dəyərlərini qorumaq üçün qarşılıqlı güzəşt və anlaşmanın vacib olmasından bəhs edir.

Xatırladaq ki, iyunun 9-da teatrın “ArtStudiya”sında Jan Koktonun “Biganə yaraşıqlı” pyesi əsasında səhnəyə qoyulan “Biganə məşuq” tamaşasının premyerası olub.