“İnsan hüquqları aylığı” (#İnsanHüquqlarıAylığı) çərçivədə Ağstafa RMİ-nin tabeliyindəki müəssisələrində bir sıra tədbirlər keçirilib.

Ağstafa Tarix-Diyarşünaslıq Muzeyi, rayon MKS, Hüseyn Arifin Ev-Muzeyi və 1 saylı Folklor klubunun birgə təşkilatçılığı ilə “İnsan hüquq və azadlıqlarına hörmət hüquqi, mənəvi borcumuzdur” mövzusunda tədbir keçirilib. Çıxışlarda qeyd olunub ki, ölkəmizdə vətəndaşların maraqlarına uyğun dövlət səviyyəsində atılan bütün addımlar insan hüquqlarına verilən ali dəyərin göstəricisidir. Bu baxımdan hər birimiz insan hüquqları mədəniyyətinin təbliğində maraqlı olmalıyıq. Bu, hər birimizin vətəndaşlıq borcudur.

***

Tovuz rayon mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə "Hüquqlarımızı bilək, haqlarımızı müdafiə edək!" mövzusunda konfrans keçirilib.

Tovuz Rayon Tarix-Diyarşünaslıq Muzeyində təşkil olunan konfransda rayon İcra Hakimiyyətinin nümayəndələri, mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Çıxışlarda insan hüquq və azadlıqlarının qorunması, bu sahədə mövcud beynəlxalq sənədlər, yetkinlik yaşına çatmayan hər bir şəxsin təhsil almaq, bilik və bacarıqlarını inkişaf etdirmək və s. hüquqları haqqında məlumat verilib.

***

Qazax Dövlət Rəsm Qalereyasında "Bütün insanlar azad və bərabərhüquqludur" başlığı altında tədbir təşkil olunub. Qalereyada fəaliyyət göstərən dərnək üzvlərinin mövzunu əks etdirən rəsmləri sərgilənib.

Regional idarənin tabeliyində fəaliyyət göstərən bir sıra müəssisələrdə də “İnsan hüquqları aylığı” çərçivəsində tədbirlər təşkil edilib.

Nurəddin