Tələbələrin Şəkidə diplom tamaşası

 

Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyi münasibətilə paytaxtda və bölgələrdə fəaliyyət göstərən teatrların qastrol səfərləri həyata keçirilir. Bu səfərlərə teatr kollektivləri ilə bərabər, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən (ADMİU) məzun olmağa hazırlaşan tələbələr də qoşulub.

ADMİU-nun Teatr sənəti fakültəsinin tələbələri iyunun 17-də Şəki Dövlət Dram Teatrının səhnəsində Branislav Nuşiçin “Nazirin xanımı” adlı diplom tamaşası ilə çıxış edəcəklər.