Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 və Azərbaycan peşəkar milli teatrının yaranmasının 150 illiyinə həsr edilmiş silsilə tədbirlər çərçivəsində teatrların regionlarda qastrol səfərləri davam edir.

Akademik Milli Dram Teatrının kollektivi iyunun 16-da “Ah, bu uzun sevda yolu” tamaşasını Gəncə Dövlət Dram Teatrında nümayiş etdirib.

Dramaturq Əli Əmirlinin eyniadlı əsəri əsasında hazırlanan səhnə əsərinin bədii rəhbəri və quruluşçu rejissoru mərhum Xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Sadıqov, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı Xalq artisti Siyavuş Kərimidir. Rolları Xalq artisti Hacı İsmayılov, Əməkdar artistlər Anar Heybətov, Münəvvər Əliyeva, Ayşad Məmmədov, Elnar Qarayev, Elşən Rüstəmov, Mehriban Xanlarova, aktyorlar İlyas Əhmədov, Rada Nəsibova, Vüsal Mustafayev, Xədicə Novruzlu ifa ediblər.