Masallı RMİ Masallı rayon Heydər Əliyev Mərkəzində “İnsan və vətəndaş hüquqları” mövzusunda tədbir keçirilib.

“İnsan hüquqları aylığı” (#İnsanHüquqlarıAylığı) çərçivəsində təşkil olunan tədbirdə əvvəlcə Ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər Azərbaycan Respublikasının insan hüquqları ilə bağlı beynəlxalq sazişlərə qoşulması, hüquqi mexanizmlərin təkmilləşdirilməsi və digər məsələlərin ölkəmizdə insan hüquqlarına verilən dəyərin göstəricisi olduğunu bildiriblər.

Tədbir daha sonra diskussiya şəklində davam edib.

***

Lənkəran RMİ Lerik rayon Mədəniyyət Mərkəzində aksiya çərçivəsində rayon mədəniyyət müəssisələri əməkdaşlarının iştirakı ilə dəyirmi masa təşkil edilib. Çıxışlarda cəmiyyətdə qanun pozuntularının aşkarlanması, pozulmuş hüquqların bərpası və qarşısının alınması, əhalinin hüquq mədəniyyətinin inkişaf etdirilməsi, ayrı-seçkiliyin yolverilməzliyi məsələlərinə toxunulub.

Astara rayon Mədəniyyət Mərkəzinin Pensər kənd Folklor evində "Hüquqlarımızı qoruyaq!" başlığı altında maarifləndirici tədbir təşkil edilib. Kənd 1 və 2 saylı tam orta məktəblərin bir qrup şagirdinin iştirakı ilə keçirilən tədbirdə mövzu ilə bağlı fikirlər səsləndirilib, uşaq və yeniyetmələrə hüquqları barədə tövsiyələr verilib.

Regional idarənin tabeliyində fəaliyyət göstərən digər müəssisələrdə də “İnsan hüquqları aylığı” çərçivəsində tədbirlər təşkil edilib.
Nurəddin