AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutu Etika şöbəsinin aparıcı elmi işçisi fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Aytək Məmmədovanın “Qarabağın mənəviyyat və fəlsəfə tarixindən səhifələr” kitabı çapdan çıxıb.

Bu barədə institutdan bildirilib. Azərbaycan xalqı qəhrəman, döyüşkən igidləri ilə yanaşı, yetirdiyi mədəniyyət xadimləri, düşüncə sahibləri ilə də məşhurdur. Ölkəmizin elm və mədəniyyət xadimlərinin irslərinin araşdırılması mühüm əhəmiyyət kəsb edir. Bütün dövrlərdə, xüsusilə belə bir zamanda Qarabağın mənəviyyat, fəlsəfə və düşüncə tarixini səhifə-səhifə vərəqləmək vacibdir.

“Qarabağın mənəviyyat və fəlsəfə tarixindən səhifələr” kitabında Qarabağ ərazisində doğulub böyümüş, elm və mədəniyyət sahəsində töhfələr vermiş yaradıcı insanların fəaliyyətləri işıqlandırılır.

Kitabın elmi redaktoru fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə, rəyçiləri fəlsəfə elmləri doktoru Dilarə Müslümzadə və tarix elmləri doktoru, professor Nərgiz Əliyeva, redaktoru Qabil Camalovdur.