Azərbaycan Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyası peşəkarlığı olmayan şəxslərin restoranlarda çalışmasından narahatlıq bildirir.
   Hər iki qurumun yaydığı birgə məlumatda deyilir ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən aparılan yoxlamaların nəticələri restoran biznesində, xüsusilə də toyxanalarda vəziyyətin yaxşı olmadığını göstərib: “Peşə təhsili, peşəkarlıq dərəcəsi olmayan şəxslər restoranlarda aşpaz, qənnadıçı kimi işə götürülür. Bir sıra restoranlarda xörək çeşidləri, menyular, xörək nüsxələri (reseptlər) heç bir peşəkar təşkilat tərəfindən təsdiq edilməyib, texnoloji kartlar yoxdur”.
   Milli Kulinariya Mərkəzi və Milli Kulinariya Assosiasiyası bu işlərdə lazımi köməklik göstərməyə hazır olduqlarını da bildiriblər.

   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar