İyunun 23-ü dövlət qulluqçularının peşə bayramı günüdür. Bu gün təkcə Azərbaycanda deyil, bütün dünyada qeyd olunur.

2003-cü ildə BMT-nin Baş Assambleyası tərəfindən 23 iyunun “Dövlət qulluğu günü” elan olunması barədə qətnamə qəbul edilib və dünya dövlətlərinə bununla bağlı çağırış edilib. 25 may 2006-cı ildə Prezident İlham Əliyev bu barədə müvafiq sərəncam imzalayıb və əlamətdar gün Azərbaycanda ilk dəfə həmin il qeyd olunub.

Ənənəvi olaraq əlamətdar gün ərəfəsində Prezident İlham Əliyev dövlət qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb. İyunun 22-də imzalanan sərəncamla dövlət qulluğunda səmərəli fəaliyyətinə görə 32 nəfər “Tərəqqi” medalı ilə, 180 nəfər  “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

Təltif olunanları, eləcə də dövlət qulluğunda çalışan hər kəsi peşə bayramı münasibətilə təbrik edirik.