Görkəmli bəstəkar, Xalq artisti Hacı Xanməmmədovun (1918-2005) 105 illiyi münasibətilə iyunun 22-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında konsert keçirilib.

Əvvəlcə musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Jalə Qulamova çıxış edərək bəstəkarın həyat və yaradıcılığı haqqında məlumat verib.

Konsert proqramında Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin (bədii rəhbər və baş dirijor – Xalq artisti Ağaverdi Paşayev) müşayiəti ilə Əməkdar artistlər Aygün Bəylər, Almaz Orucova, Zakir Əliyev, Lalə Məmmədova, Nigar Şabanova, solistlər Nurlana Abdullayeva, Zabitə Alıyeva, Rəvanə Qurbanova, Səbinə Ərəbli və Rövşən Əziz çıxış ediblər.

Proqramda bəstəkarın əsərləri səslənib.