İyunun 23-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında konsert keçirilib.
Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Orqan musiqisi axşamı” adlı konsertdə Əməkdar incəsənət xadimi Rasimə Babayeva (orqan), Əməkdar artistlər Nərgiz Əliyeva (piano), Rəna Rəhimova (viola), solistlər Fidan Dəmirova (vokal) və Nigar Məmmədova (orqan) çıxış ediblər.
Azərbaycan və Avropa bəstəkarlarının yaradıcılığına müraciət olunan konsert layihəsinin bədii rəhbəri Əməkdar incəsənət xadimi, professor Rasimə Babayevadır.
İfalar musiqisevərlər tərəfindən alqışlarla qarşılanıb.