Noyabrın 21-22-də "Landmark" hotelində Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, müxtəlif mədəniyyət müəssisələrinin əməkdaşları, QHT-lərin və digər müvafiq qurumların təmsilçilərinin iştirakı ilə Avropa Birliyinin EuroEast Culture - Şərq Tərəfdaşlığı ölkələri üzrə Mədəniyyət Proqramı çərçivəsində seminar keçirilir.
Seminarın açılışında çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Azərbaycan mədəniyyətinin dünyada tanıdılması, habelə ümumbəşəri dəyərlərin beynəlxalq münasibətlər sistemində təbliğindən danışıb: “Bu işlər Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin prioritet vəzifələrindəndir. Biz bu istiqamətdə nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq etməyə hazırıq".
Qeyd edək ki, Avropa Birliyinin Şərq Tərəfdaşlığı ölkələri üzrə Mədəniyyət Proqramı mədəniyyət sahəsinin inkişafına xidmət edəcək əlavə maliyyə vəsaitlərinin cəlb olunmasına və yeni menecment üsullarının aşılanmasına yönəlib.
Fəxriyyə