21-27 iyun tarixlərində Yunanıstanın Elefsina şəhərində “2023 Elefsina – Avropa Mədəniyyət Paytaxtı” proqramı çərçivəsində Festival Akademiyası tərəfindən “Gənc festival menecerləri atelyesi” layihəsi keçirilir.

Layihənin məqsədi festivalların müasir dünyadakı rolu haqqında müzakirələr aparmaqdır. Buraya festivalların davamlılığı, kurator modelləri, teatr sahəsində texnoloji yeniliklər, irqi və cinsi bərabərlik kimi mövzuların müzakirəsi daxildir.

22 ölkənin qatıldığı tədbirdə Azərbaycanı teatrşünas Emin Əliyev "4.4 Qısa Tamaşalar Festivalı" layihəsi ilə təmsil edir. "4.4 Qısa Tamaşalar Festivalı" 2021-2022-ci illərdə Mədəniyyət Nazirliyi və Teatro.az sənət portalının təşkilatçılığı ilə keçirilib.

Qeyd edək ki, Festival Akademiyası Avropa Festivallar Assosiasiyasının təşəbbüsü ilə yaradılıb və Açıq Cəmiyyət Fondu və Avropa Birliyi tərəfindən dəstəklənir.