F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Məlumat-biblioqrafiya şöbəsində Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü (26 iyun) və 26 İyun – Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü münasibətilə slaydlar hazırlanaraq virtual oxuculara təqdim edilib.

Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunan slaydda narkomaniyanın fəsadları ilə bağlı maarifləndirici fikirlər, kitablar, bədii əsərlər və dövri mətbuat materialları öz əksini tapıb.

“26 İyun – Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü” adlı slaydda Azərbaycan Ordusunun yaranma tarixi haqqında qısa məlumat və kitabxananın fondunda mövzu ilə bağlı mövcud olan kitab və dövri mətbuat materialları yer alıb.

Slaydlarla aşağıdakı linklər vasitəsilə tanış ola bilərsiniz:

https://www.clb.az/biblioqrafik-xidm%C9%99t/melumat-biblioqrafiya/slaydlar/26-iyun-narkomaniya-v-narkobiznes-qarsi-beyn-lxalq-mubariz-gunudur

https://www.clb.az/biblioqrafik-xidm%C9%99t/melumat-biblioqrafiya/slaydlar/26-i-yun-silahli-quvv-l-r-gunu