Dünyanın ən cazibədar turizm məkanlarından biri olan Kanar adalarında (Mərakeşlə İspaniya arasında arxipelaq) fəaliyyət göstərən beşulduzlu «Gran Hotel Atlantis Bahia Real» hoteli «Mükəmməllik mükafatı» müsabiqəsinin qalibi olub. 2013-cü ildə Avropanın ən yaxşı hoteli («Dəniz kənarında yerləşən hotel» nominasiyası) elan edilən kompleks Koraxello çimərliklərinin yaxınlığında yerləşir. Qeyd edək ki, Böyük Britaniyanın «Konde Nast» nəşriyyatı tərəfindən təsis edilən «Mükəmməllik mükafatı» müsabiqəsi bir neçə ildir keçirilir.  

  Fəxriyyə