Özbəkistanın Mədəniyyət və Turizm Nazirliyi, Gənclərlə İş Agentliyi və TÜRKSOY-un birgə təşkilatçılığı ilə iyul ayının 11-dən 15-dək Fərqanə vilayətinin Kokand şəhərində Türkdilli Gənclərin Beynəlxalq Festivalı keçiriləcək.
Özbəkistan Mədəniyyət və Turizm Nazirliyinin məlumatında bildirilir ki, festivala Qırğızıstan, Qazaxıstan, Türkmənistan, Türkiyə və Azərbaycandan tələbə və gənclər qatılacaqlar. Festival çərçivəsində bir sıra müsabiqələr, maraqlı layihələrin təqdimatı olacaq.
Bundan başqa, oxu günü, mədəni oyun tədbirləri, gənclər üçün sahibkarlıq məsələlərinə dair dəyirmi masalar, gənc sənətkarların əl işlərinin nümayişi nəzərdə tutulur. Festival günlərində iştirakçıların həyat tərzi və sənət uğurları ilə gənclərə nümunə ola biləcək teatr və kino xadimləri, eləcə də Özbəkistanda akkreditə olunmuş diplomatlarla görüşlər planlaşdırılır.
Artıq müəyyən edilib ki, Türkdilli Gənclərin Beynəlxalq Festivalı iki ildən bir iyul ayında keçirilsin.
Gülcahan