Abşeron rayon Xırdalan şəhər onbirillik Musiqi məktəbinin kollektivi “Heydər Əliyev İli” münasibətilə Mingəçevir, Yevlax şəhərlərində və Bərdə rayonunda konsert proqramları ilə çıxış edib.

Sumqayıt RMİ-nin təşkilatçılığı və dəstəyi ilə gerçəkləşən konsertlər böyük maraqla və alqışlarla qarşılanıb. Məktəbin direktoru Əməkdar müəllim İkram Manafov çıxışında yaradılan şəraitə görə şəhərin rəhbərliyinə təşəkkürünü bildirib. Konsertin sonunda xatirə şəkilləri çəkdirilib.

***

Masallı rayon Mərkəzi Kitabxanasında “Heydər Əliyev və Azərbaycanın iqtisadi inkişaf strategiyası” mövzusunda tədbir keçirilib. Çıxışlarda Ulu öndər Heydər Əliyevin ölkədə yeni iqtisadi sistemin əsasını qoyması, aparılan iqtisadi islahatlar haqqında məlumat verilib. Tədbirdə həmçinin Ümummilli liderin müəllifi olduğu neft strategiyasından, iqtisadiyyatımızın dünya iqtisadiyyatına inteqrasiyasından bəhs olunub.