Mövsümü başa vurmağa hazırlaşan Qax Dövlət Kukla Teatrında daha bir tamaşa ərsəyə gətirilib və ictimai müzakirəyə çıxarılıb.

Yerli müəlliflərdən Osman Abdullayevin qələmə aldığı “Tülkü və quyruq” adlı səhnə işinin quruluşçu rejissoru Araz Mehrablı, quruluşçu rəssamı Qoşqar Fətəliyev, musiqi tərtibatçısı Nicat Fətəliyevdir. Rolları İlmar Abdullayev, Elnarə Razıyeva, Məlahət Məmmədova, Azər Kərimov, Cəbrayıl Quluşov, Afət Yaqubova, Aynurə Abbasova, Elnurə Əliyeva, Araz Mehrablı, Cəryət Abuzərli ifa edirlər.

Xudpəsəndlik, həsəd və tənbəllik kimi mənfi xüsusiyyətlərinin tənqid hədəfinə çevrildiyi  səhnə əsəri uşaqlara özünəinam və zəhmətsevərlik aşılayır, şükranlıq hissini təbliğ edir.