Krımın turizm mütəxəssisləri hotellərdə və istirahət mərkəzlərində animasiyanı inkişaf etdirməyi tövsiyə edirlər. Turizm işi üzrə mütəxəssislərin fikrinə əsasən, hotellərdə rəngarəng əyləncələrin olması səyahətçilərin həmin ölkəyə marağını daha da artırır. Animasiya yarımadaya gələn turistlərin istirahətinin bir hissəsini təşkil edir. Turizm sənayesinin nümayəndələri düşünürlər ki, animasiya proqramları müxtəlif səviyyəli hotellərdə fərqlənə bilər, amma bütün kateqoriyalı mehmanxanalarda olması şərtdir. 
   
   Fəxriyyə Abdullayeva