Ölkəmiz Qazaxıstanda beynəlxalq festivalda təmsil olunub

 

Qazaxıstanın Türküstan vilayətində “ART Turkestan” adlı beynəlxalq incəsənət festivalı (21-28 iyun) keçirilib.

Tədbirə Qazaxıstan, Türkiyə, Qırğızıstan, Özbəkistan, Tatarıstan (Rusiya) və Özbəkistandan sahə üzrə ekspertlər qatılıblar.

Festivalda ölkəmizdən Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin direktoru Zərifə Məlikova ekspert kimi iştirak edib.

Tədbirdə mədəni sərvətlərin qorunması və bərpası, eyni zamanda muzey işinin prioritet istiqamətlərinin öyrənilməsi və tətbiqi, sahəyə dair beynəlxalq təcrübə və son elmi nailiyyətlər təhlil edilib, təcrübə mübadiləsi aparılıb.

Sonda tədbirə qatılmış ekspertlərə sertifikat təqdim olunub.

Lalə