Gəncə şəhər MKS-nin 19 saylı kitabxana filialı şair Bayraməli Xudiyevin (Xəstə Bayraməli; 1899-1952) yaradıcılığına həsr olunmuş “Dillən, telli sazım” adlı tədbir təşkil edib.

Çıxış edənlər şairin yazılı ədəbiyyatla şifahi xalq ədəbiyyatı arasında körpü saldığını, bədii nümunələrinin müğənnilər tərəfindən ifa olunduğunu bildiriblər. Qeyd olunub ki, şairin kitabları ölkəmizlə yanaşı, Türkiyə və İranda da nəşr edilib.

Daha sonra tədbir iştirakçıları tərəfindən şairin şeirləri, qəzəlləri səsləndirilib.

Sonda “Ozan-aşıq dünyası” adlı videoçarx nümayiş etdirilib.