Dekabrın 19-da paytaxtdakı “Divan Express” hotelində «Skal İnternational Bakı»nın növbəti, 12-ci toplantısı keçiriləcək. Bu barədə qəzetimizə «Millennium Tourism & Congress DMC»dən məlumat daxil olub.
   «Skal Bakı» klubunun prezidenti Ruslan Quliyevin açılış nitqi ilə başlayacaq tədbir bir sıra maraqlı təqdimatlarla yadda qalacaq. Toplantıda 2012-ci ilin turizm yekunları ilə yanaşı, www.azerbaijanbooking.com saytı, tədbirin baş tutduğu məkan - «Divan Express Baku» mehmanxanası, «Evimiz Azərbaycan» jurnalı haqqında da iştirakçılara ətraflı məlumat veriləcək.