Ekvadorun paytaxtı Kito şəhərində Kolumbdan (Amerikanın kəşfi, 1492) əvvəlki dövrə aid qədim qəbiristanlığın tapılması, təxminən 2 min il əvvəl bu bölgədə insan məskənlərinin olmasından xəbər verir.
Keramik qablar və daşla oyulmuş dekorativ əşyalar Kitonun şimalındakı Liano Çiko bölgəsində əkin sahələrinə tapılıb.
Metropolitan İrs İnstitutunun arxeoloqları tərəfindən aşkarlanan məzarlarda dəfn edilmiş insanların gündəlik həyatlarında istifadə etdikləri əşyalar da var. Arxeoloqların fikrincə, qəbiristanlıq hazırda Ekvadorun paytaxtının əsas arxeoloji ərazilərindən biridir. Qədim qəbiristanlıq Piçinça vulkanının püskürməsi nəticəsində kül təbəqəsi ilə örtülüb.
Mütəxəssislər qəbirlərin içərisindəki cəsədlərin Kolumbdan əvvəlki dövrü əhatə edən qəbiristanlıqlar üçün xarakterik olan əyilmiş vəziyyətdə basdırıldığını müşahidə ediblər. Qəbirlər fərqlərə görə xüsusilə diqqəti çəkir, bu xüsusiyyət həmin cəmiyyətin sosial bərabərsizliyini ortaya qoyur. Bəzi qəbirlərdə çoxlu qablar və bəzək əşyaları olsa da, digərləri isə boşdur.