Naxçıvan Dövlət Universitetində turizm və hotelçilik kabinəsi açılıb. Tədbirdə çıxış edən rektor İsa Həbibbəyli universitetdə turizm və hotelçilik ixtisasının 2004-cü ildən tədris edildiyini, məzunların muxtar respublikanın turizm müəssisələrində uğurla fəaliyyət göstərdiyini deyib. Rektor kabinənin universitet tələbələri üçün faydalı olacağını vurğulayıb. O, növbəti ildən universitetin Avropa Birliyinin TEMPUS proqramı çərçivəsində yeni layihələrdə iştirak edəcəyini, təhsil ocağında turizmyönlü proqramların həyata keçirilməsinin nəzərdə tutulduğunu vurğulayıb. Rektor qeyd edib ki, müəllim və tələbələr beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə mütəmadi olaraq xarici ölkələrə göndəriləcək.
   Turizm və hotelçilik kabinəsi sosial idarəetmə və hüquq fakültəsinin nəzdində fəaliyyət göstərəcək. Universitetin bələdiyyə və turizm kafedrasının müdiri, dosent Hafiz Hüseynov kabinənin lazımi avadanlıqla təchiz olunduğunu bildirib.