Amma əsl yazıçı səviyyəsinə çatmayıb
ChatGPT süni intellekti Corc Martinin “Buzun nəğməsi” adlı kitablar silsiləsinin ardını generasiya edib. Bu əsər əsasında məşhur “Taxt-tac oyunları” serialı lentə alınıb.
Proqramçı Liam Sueyn bu məsələdə süni intellektin köməyindən istifadə etmək qərarına gəlib. O, əvvəlcə “ChatGPT” çat-botuna mətnin qaralamasını hazırlamağı təklif edib. Sonra proqramçı bütün detalları təsvir etməklə, həmin mətni tam şəkildə genişləndirməyi xahiş edib. Bunun ardından isə proseduru 45 dəfə təkrarlayıb.
Nəticədə süni intellekt iki kitab “yazıb”: “Qış küləyi” və “Bahar xəyalları”. Görülmüş işə yekun vuran proqramçı qeyd edib ki, çat-botun işinin yekunları onun gözlədiyindən yüksək səviyyədə olub. Neyroşəbəkə Con Konninqtonla bağlı maraqlı süjet “fikirləşə” bilib. O, gözlənilmədən xəyanətkar olub və Deyenarisə qarşı çıxıb.
Bununla yanaşı, Sueyn qeyd edib ki, süni intellekt bu əsərin müəllifi olan Corc Martinin bədii ustalıq səviyyəsinə yaxınlaşa bilməyib.