Yanvarın 31-dək MDB üzvü olan ölkələrdə və Gürcüstanda “Ən yaxşı yeni hotel-2012” mükafatına nominantlar irəli sürüləcək. 
   Bu mükafat ilk dəfə aprelin 11-12-də Kiyevdə keçiriləcək Ukraynada və MDB üzvü olan digər ölkələrdə IV Mehmanxana Əməliyyatları Forumu («HVS Ukraine & CIS Hospitality Operations Forum» - «HVS UHOF») çərçivəsində təqdim ediləcək. HVS şirkətinin məlumatında bildirilir ki, 2012-ci ildə MDB ölkələrində və Gürcüstanda açılmış nominant hotelin nümayəndələri müsabiqədə iştirak etmək üçün sifariş formasını doldurmalı və knikolaeva@hvs.com elektron ünvanına göndərməlidirlər. Nominasiyada iştirak etmək üçün yaxın vaxtlarda tikilmiş və ya tamamilə yenidən qurulmuş, əməliyyat fəaliyyətinə 2012-ci il yanvarın 1-dən dekabrın 31-dək olan dövrdə başlamış hotellər müraciət edə bilər.