Vegetarianlarla bağlı araşdırma aparan alimlər belə qənaətə gəliblər ki, bu insanlarda ət yeyənlərə nisbətən sümük xəstəlikləri olduqca sıx müşahidə edilir.
Lids Universiteti (Böyük Britaniya) alimlərininin araşdırmalarına görə, vegetarianlar ət yeyən insanlarla müqayisədə omba sınıqlarına 50 faiz daha meyillidir. Potensial səbəb kimi isə kafi miqdarda protein qəbul edə bilməmək göstərilir.
Araşdırmalar göstərir ki, normadan artıq ağrı, həmçinin sümük qırıqları vegetarianlıq faktı ilə bağlıdır.
Ancaq alimlər onu da qeyd edirlət ki, hazırda vegetarianlığın elm aləminə bəlli olan kifayət qədər çox faydaları var və bunlardan ən başlıcası xərçəng riskinin azalmasıdır. Vegetarianlara nisbətən ət yeyənlər arasında belə xəstəlik daha çox müşahidə olunur.
Eyni zamanda həkimlər ət yeməyən insanlara sümük sağlamlığını qoruya bilmək üçün orqanizmi proteinsiz qoymamağı da tövsiyə edirlər.