Astara rayon Mərkəzi Kitabxanasında Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair İlham İlhami (Haqverdiyev) ilə görüş keçirilib.

Tədbirdə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və Mərkəzi Kitabxananın əməkdaşları, Astara şəhər 2, Ərçivan qəsəbə 1 nömrəli tam orta məktəblərin şagirdləri və digər qonaqlar iştirak ediblər.

Şairin həyat və yaradıcılığından söhbət açılıb, şeirlərinin ideya-bədii məziyyətlərindən danışılıb.

İlham İlhami tədbirin təşkilinə görə minnətdarlığını bildirib. Şagirdlər şairin şeirlərini söyləyiblər.

Nurəddin