Kürdəmir rayon Mərkəzi Kitabxanasında “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” adlı dəyirmi masa keçirilib. Çıxışlarda Ümummilli liderin milli-mənəvi dəyərlərimizlə bağlı tarixi xidmətlərindən, azərbaycançılıq məfkurəsinin tərkib hissəsi olan bu dəyərlərin öyrənilməsinin, gənc nəslə aşılanmasının əhəmiyyətindən söhbət açılıb.

Tədbirdə mövzu ilə bağlı videoçarx nümayiş etdirilib, sərgiyə baxış olub.

***

M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzinin Şorsu kənd Folklor klubunda “Unudulmaz dahi şəxsiyyət” mövzusunda mühazirə təşkil edilib. Çıxış edənlər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti haqqında danışıblar. Daha sonra Ulu öndərə həsr olunmuş şeirlər səsləndirilib.

***

Astara rayon Heydər Əliyev Mərkəzində Ulu öndərin 100 illiyinə həsr olunan “Uşaqların rəngli dünyası” adlı rəsm müsabiqəsinin yekun tədbiri keçirilib. Astara Dövlət Rəsm Qalereyası ilə birgə təşkil edilən müsabiqəyə müxtəlif bölgələrdən 50 uşaq tərəfindən ümumilikdə 100 əl işi təqdim olunub. Müsabiqədə fərqlənən 20 uşaq diplomlarla təltif edilib.