“Şəfəq” Ekoturizm İctimai Birliyinin Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Turizm sənayesi üçün peşəkar gənclərin hazırlanması” adlı layihəyə yekun vurulub.
   
   İctimai Birlik ötən il Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad gəncləri ilə bir sıra məlumatlandırıcı xarakterli görüşlər keçirib. Tədbirlərə rayon mədəniyyət və turizm şöbələri də təşkilati dəstək verib.
   Layihə çərçivəsində Qəbələ rayonunda isə “Bələdçi (gid) xidməti sahəsində peşəkar gənclərin hazırlığı” adlı 5 günlük təlim kursu həyata keçirib. Təlimçilər tərəfindən bələdçiliyin təşkili praktikası və proqramda nəzərdə tutulan mövzular ətraflı izah olunub, müzakirələr və qrup işləri təşkil edilib. İştirakçılar “Şahdağ” Milli Parkı rəhbərliyinin dəstəyi ilə parkın İsmayıllı rayonun Buynuz kəndi ərazisində praktiki məşğələlərə də cəlb olunublar.
   Noyabrın 30-dan dekabrın 4-dək isə “Qeydiyyatçı (reception) xidməti sahəsində peşəkar gənclərin hazırlığı” adlı ikinci təlim kursu həyata keçirilib. Hər iki kursun yekununda iştirakçılara sertifikatlar təqdim olunub.
   Layihənin Lənkəranda təşkil olunan yekun konfransında nəticələr müzakirə olunub, iştirakçılara Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə nəşr olunan bukletlər iştirakçılara paylanıb. 

   Ceyhun