Avqustun 30-dan sentyabrın 1-dək Moskvada “Uşaq ədəbiyyatı dilində: MDB ölkələri və Gürcüstanın uşaq ədəbiyyatı və mütaliə sahəsində əməkdaşlığı” adlı beynəlxalq uşaq və gənclər kitab forumu keçiriləcək.

Tədbir Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi və MDB ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlığı Fondunun dəstəyi ilə Rusiya Dövlət Uşaq Kitabxanası tərəfindən “Oxucu yetişdiririk” assosiasiyası ilə birgə təşkil olunub.

Forumun proqramı uşaq ədəbiyyatı, tərcümə, illüstrasiyalar və kitab dizaynı, eləcə də rus dilinin millətlərarası ünsiyyət kimi əsas roluna həsr edilib.

Azərbaycanı beynəlxalq forumda F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktor müavini Zahirə Dadaşova təmsil edəcək. Azərbaycandan başqa forumda Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Özbəkistan, Gürcüstan və digər ölkələrdən uşaq yazıçıları, rəssam-illüstratorlar, uşaq kitablarının dizaynerləri, kitabxanaçılar və s. qonaqlar iştirak edəcək.