Macarıstanın paytaxtında qış mövsümü ilə əlaqədar rəngarəng festivallar keçirilir. Onların sırasına «Gözölgö» adlı yeni və maraqlı bir festival da əlavə edilib. Fevralın 23-dən 26-dək Budapeştin Erzsebet meydanında yerləşən «Akvarium» klubunda keçiriləcək festival çərçivəsində qonaqlara maraqlı konsert proqramları ilə yanaşı, 100-ə yaxın çay və kofe növü, eləcə də digər isti içkilərin daxil olduğu fərqli menyu təqdim olunacaq. Festivala giriş pulsuzdur. Qonaqların yalnız 23-25 fevral tarixlərində keçiriləcək konsertlərə giriş biletləri əldə etməsi yetərlidir.
   

Fəxriyyə