Bu il Azərbaycan ədəbi tənqidinin görkəmli nümayəndəsi, Əməkdar elm xadimi, akademik Kamal Talıbzadənin (1923-2006) 100 illik yubileyi qeyd olunur.

Bu münasibətlə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Kamal Talıbzadə – 100” adlı virtual sərgi hazırlanıb.

Virtual sərgidə fotolar, Kamal Talıbzadə haqqında kitab və məqalələr, tənqidçinin müəllifi, tərtibçisi və redaktoru olduğu kitablar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Kamal_Talibzade/index.htm linkindən istifadə edə bilərlər.