M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası və NMR Gənclər Fondunun birgə təşkilatçılığı ilə “Asudə vaxt və mütaliə” mövzusunda tədbir keçirilib.

NMR Gənclər Fondu Gənclər təşkilatı və gənclərlə iş şöbəsinin mütəxəssisi Fatimə Yusifli tədbiri açaraq Ulu öndər Heydər Əliyevin kitaba və mütaliəyə böyük dəyər verdiyini qeyd edib. Kitabı mənəvi zənginliyin və elmlərə yiyələnməyin mühüm açarı hesab edən Ümummilli lider daima gəncləri və ətrafındakı insanları mütaliə etməyə, kitabla həmsöhbət olmağa çağırıb, həyatda kamil insan kimi yetişməyin, zəngin biliklərə yiyələnməyin yeganə yolunun mütaliədən keçdiyini söyləyib.

Muxtar Respublika Kitabxanası Kütləvi iş şöbəsinin müdiri Turqay Orucov “Asudə vaxtın səmərəli təşkili üçün mütaliəyə marağın artırılması” və biblioqraf Nəzmiyyə Həsənova “Gənclərdə mütaliə vərdişlərinin formalaşması” mövzularında çıxış ediblər. Qeyd olunub ki, kitabxanaçı oxucu marağının düzgün istiqamətə yönləndirilməsində əsas vasitəçidir. Asudə vaxtını mütaliə etməklə dəyərləndirən gənclərdə özünüifadə bacarıqları inkişaf edir və dünyaya baxış tərzi dəyişir.

Sonra mövzu ətrafında suallar cavablandırılıb. “Kitab sənə nə verir?” adlı videomaterial nümayiş etdirilib.